Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Belçika Krallığına işgüzar səfərə gedib. (AzərTAc)
Avropa Komissiyasının prezidenti Joze Manuel Barossonun dəvəti ilə reallaşan səfər zamanı tərəflər arasında danışıqlar zamanı enerji məsələləri və Türkiyə-Ermənistan yaxınlaşması, habelə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlər müzakirə olunacaq.
İlham Əliyevin iyunun 22-də Avropa Birliyinin prezidenti German van Rompey, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo və Avropa Birliyinin genişlənmə məsələləri və Avropa Qonşuluq Siyasəti komissarı Ştefan Füle ilə görüşləri nəzərdə tutulur.
Modern.az