Nissan şirkətinin Orta Şərq regionu üzrə nümayəndəliyi Qashqai və Murano modellərinin kiçik qardaşı yeni Nissan Juke avtomobilini təqdim etdi və bu modelin Orta Şərqə bu yay daxil olacağını bildirdi.
Yeni Nissan Juke biri-birinə bənzər hetçbek avtomobillərindən bezən gənc alıcılara yönəlib. Juke özündə möhtəşəm görkəmi, stili və enerjini əks etdirir.
“Juke özü ilə avtomobil bazarına macəra hissi gətirir. O, yüngül, çevik, reaktiv və şəhər üçün idealdır: bütün bu xüsusiyyətlər gənc auditoriyanı cəlb etmək üçün yaradılıb. O, “B” seqmentinə qeyri-ənənəvi və tamamilə yeni xüsusiyyətlər gətirir və “Nissan”ın hər zaman müxtəlifliklərə və yeniliklərə yol açan avtomobil istehsalçısı nüfuzunu gücləndirir” - “Nissan”ın Afrika, Yaxın Şərq, Hindistan və Avropa nümayəndəliyinin vitse-prezidenti Pierre Loing belə deyib.
Bir baxışdan:
“Nissan”ın sayəsində şəhər landşaftı növbəti dəfə dəyişilir. Nissan Juke dünyanın ən kiçik ölçülü krossoveridir. Burda dünyanın ilk krossoveri olan Murano avtomobilinin təkər bazasından istifadə olunub. Dünyanın ən uğurlu krossoveri Qashqai da daxil olmaqla bu üçlük Nissan şirkətini planetin “Krossoverlər Kralı” olduğunu təsdiq etdi.
Juke böyük qardaşı kimi ofrouder dözümlülüyü və udman üslublu ilə seçilir. Bu xüsusiyyətləri ilə Juke kiçik avtomobil bazarına yeni dinamika gətirir. Öz fərdi cizgiləri ilə təzad yaradır.
Nissan-ın Orta Şərq üzrə brend meneceri Selin Barzes təqdimat mərasimində bunları deyib: “Yeni Nissan Juke modeli öz ölçüləri, üslubu və şən tərzi ilə avtomobil bazarını silkələdi. Biz Juke modelinin idman üslublu eksteryerinə, mükəmməl interyerinə və tətbiq edilən texnoloji yeniliklərinə inanırıq. Sürətlə inkişaf edən hetçbek/krossover bazarında bu modelin xüsusi yeri olacaq”.
Avtomobilin eksteryerindən danışarkən Juke əsl ofrouderdir. Böyük təkərləri, artırılmış klirensi və sağlam duruşu ilə yetkinlik yaşına çatmamış idman avtomobilini xatırladır. Avtomobilin cizgiləri ona kupe üslubu verir. Bundan başqa arxa qapıların tutacaqlarının yuxarı pəncərə qismində yerləşdirilməsi diqqət çəkir.
İdman üslubu salonda da davam edir və interyer kokpiti xatırladır. Qırmızı və boz rənglə boyanmış motosiklet göstəricilərini xatırladan dizayn modelə şən bir görünüş verir.
Juke avtomobilinin komplektasiyaları:
Mühərrik At gücü Yanacaq Ötürücülük Transmissiya
1.6i 117 Ag Benzin 2wd XTRONIC CVT-Yeni nəsli
1.6i DIG-T 117 Ag Benzin 2wd 6-pilləli mexanika
1.6i DIG-T 190 Ag Benzin 2wd XTRONIC CVT M6
Bütün kateqoriyalar üzrə standartlara uyğun olan bu avtomobil özündə iki təhlükəsizlik yastığı, ESP, tam avtomatik kondisioner, Bluetooth və CD/radio və digər funksiyaları birləşdirir.