Modern.az

Ağdamlı gənclər “Vətəni tanı” Kampaniyasına qoşulublar

Ağdamlı gənclər “Vətəni tanı” Kampaniyasına qoşulublar

22 İyun 2011, 11:12

Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi  “Vətəni tanı” Kampaniyası bu dəfə Ağdamın Quzanlı qəsəbəsində gənclər arasında keçirilib. Əsas prinsiplərindən biri də ölkəmizin ərazi bütövlüyü məsələsi olan kampaniyanın işçi qrupu böyük Ağdamı kiçik bir qəsəbəyə sığışdıran Quzanlıda 1 saylı orta məktəbdə olub.
Burada tədbitin reallaşmasına Milli Şuranın mətbuat katibi Orxan
Əli rəhbərlik edib.

Tədbirdən sonra işçi qrupunun üzvləri Ağdamın Qərvəd kəndi ərazisində təmas xəttinə səfərə edib, əsgərlərlə görüşüblər.

Bundan sonra işçi qrupu Bərdə şəhərinə gələrək burada məskunlaşmış Ağdamlı gənclər arasında kampaniyanı davam etdiriblər. Ümumilikdən 160-dan çox gənc kampaniyada iştirak edib.

Bu kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları  nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.





Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular