Beynəlxalq Türkcə Öyrətim Dərnəyinin təşkil etdiyi 9-cu Beynəlxalq Türk Olimpiadalarının mahnı yarışmasında iştirak edən azərbaycanlı şagirdlər yer tuta bilməyib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Olimpiadanın mahnı yarışmasının final mərhələsi Haliç Konqres mərkəzində təşkil olunub.
Orada azəbaycanlı iştirakcılarla yanaşı, İndoneziya, İngiltərə, Tacikistan, Ukrayna, Braziliya, Makedoniya, Fransa, Bosniya və Hersoqovina, Türkmənistan, Krim Muxtar Respublikası, Yəmən, Kamboca, Çili, Mali, Seneqal və Qanadan 17 finalçı iştirak edib.
İstiqlal Marşı ilə başlayan gecədə tələbələr ilk olaraq öz ölkələrinin xalq oyunlarını nümayiş etdirib, kllasik dünya əsərlərindən nümunələr səsləndiriblər.
Yarışmada Tacikistan təmsilcisi Şohrux Yunusov ifa etdiyi “Axşam oldu hüzünləndim mən yenə” mahnısı ilə birinci yeri qazanıb. İkincilik isə Bosniya və Hersoqovinaya qismət olub. Belə ki, bu ölkədən olan Şelja Koça adlı şagirdin ifa etdiyi “Çoban ulduzu” mahnısı münsiflərdən yüksək qiymət alıb. Rəhmi Amalia “Dərd məndə, dərman səndə” mahnısı ilə öz ölkəsinə-İndoneziyaya üçünçülük qazandırıb.
Azərbaycan yarışmanın final mərhələsində iştirak etsə də, yer tuta bilməyib.
Modern.az