Ermənistan prezidenti AŞPA-da çıxış edib
“Biz Kazana irəliləyişlər gözlənitisi ilə gedirik”. Bu barədə Ermənistanın prezidenti Serj Sərkisyan AŞPA-da bu günkü çıxışı zamanı deyib. Modern.az bildirir ki, Sərkisyan çıxışı zamanı Azərbaycana qarşı bir sıra ittihamlar irəli sürüb. O bildirib ki, “Avropa Şurasının ərazilərində, Azərbaycanda “irqçilik və dözümsüzlük ocağı qalmaqadır”.
Münaqişənin tənzimlənməsi sahəsində güzəştlər barədə danışarkən Sərkisyan deyib ki, Ermənistan və Dağlıq Qarabağ cəmiyyətlərini Azərbaycana güzəştə getməkdə inandırmaq çox çətnidir.
Bundan başqa, o, Türkiyə və Azərbaycanı ölkəsini “süni və qeyri-qanuni blokadaya” almaqda ittiham edib. Sərkisyan həmçinin Türkiyə ilə münasibətlərin normallaşdırmaq cəhdlərinin dalana dirənməsindən təəssüfləndyini bildirib.
“Bunun səbəbi Türkiyənin özünün ilkin şərt sürmə siyasətinə qayıtması ilə bağlı oldu". Bununla yanaşı, Sərkisyan bəyan edib ki, bu istiqamətdə “yeni imkanların” açılamsına şübhə edir.
X. SƏFƏROĞLU