Modern.az

Prezident Avropa Komissiyasının sədri ilə nahar edib, mətbuat konfransı keçirib

Prezident Avropa Komissiyasının sədri ilə nahar edib, mətbuat konfransı keçirib

22 İyun 2011, 19:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçika Krallığında işgüzar səfərdədir.

Prezident İlham Əliyev iyunun 22-də Brüsseldə “Euronews” telekanalına müsahibə verib.
Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı sualları cavablandırıb. (AzərTAc)

Azərbaycan Prezidenti iyunun 22-də Brüsseldə Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə işçi naharda olub.

Brüsseldə İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun birgə mətbuat konfransı keçirilib. Xose Manuel Barrozu və İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış ediblər.
Sonra jurnalistlərin sualları cavablandırılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular