Modern.az

Rusiya XİN-nin Kazan bəyanatı: “Bu kulminasiya rolu oynayan görüşdür”

Rusiya XİN-nin Kazan bəyanatı: “Bu kulminasiya rolu oynayan görüşdür”

23 İyun 2011, 16:01

“Kazanda müzakirə ediləcək sənəd həmsədr ölkələrin mühüm dövr ərzində hazırladıqları birgə işinin nəticəsidir”

“Biz gözləyirik ki, Bakı və İrəvan Minsk qrupu həmsədr ölkələrinin 26 mayda Dovildə Azərbaycan və Ermənistan liderlərinə siyasi iradə nümayiş etdirərək Kazan sammitnidə əsas prinsiplər üzərində müzakirələri başa çatdırmağa çağıran bəyanatına konstuktiv yanaşacaqlar”.
Modern.az Rusiya XiN-nin rəsmi saytına istinadən bildirir ki, bu bəyanatla Rusiya Xarici İşlər Nazirliyi çıxış edib.

“Kazanda müzakirə ediləcək sənəd həmsədr ölkələrin mühüm dövr ərzində hazırladıqları birgə işinin nəticəsidir. Bu sənəd irəliləyişlərə və gələcək sülh sazişinin hazırlanması üçün real əsasları təqdim edir. Hesab edirik ki, bu əsaslarda tərəflər regionda  tərəqqi və sülh naminə razılığa gələcəklər”-deyə bəyanatda deyilir.

Kazan görüşü ərəfəsində yayımlanan sənəddə deyilir ki,  “Kazanda keçiriləcək görüş Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində kulminasiya rolu oynaya biləcək bir görüş ola bilər”.

Qeyd edək ki, sabah Kazan şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlanır. Burada Minsk qrupunun hazırladğı münaqişənin sülh yolu ilə həlli ilə bağlı çərçivə prinsiplərinin razılaşdırılması gözlənilir.

X. SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular