Modern.az

Goranboyda “Xaş-xaş 2011”: polis çətənə kolu yığımında... (FOTO)

Goranboyda “Xaş-xaş 2011”: polis çətənə kolu yığımında... (FOTO)

23 İyun 2011, 16:11

Goranboy rayonunun Zeyvər kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkarlanıb. Goranboy rayon Polis şöbəsindən Modern.az-a bildirilib ki, Zeyvər kəndində ümumi sahəsi 2 hektara yaxın olan ərazidə 3.5 ton olan çətənə kolu məhv edilib.

Narkotik vasitələrin yayılmasının qarşısını almaq məqsədi ilə rayonlarda profilaktik tədbirlərə start verilib. Daxili İşlər Nazirliyinin “Xaş-xaş 2011” şərti adlı tədbirlər planına uyğun olaraq yerlərdə yabanı halda bitən çətənə kolları məhv edilir.
Goranboy rayon Polis şöbəsinin baş inspektoru Rəhman İsmayılov bu cür tədbirlərin tək Zeyvər kəndində deyil, rayonun digər ərazilərində də davam etdiriləcəyini bildirib.

Tədbirlərdə polis əməkdaşları ilə yanaşı kənd camaatı da iştirak edib. Onlar da çətənə kollarının yabanı halda bitdiyini təsdiqləyiblər. 




Xaliq Qurbanlı
Gəncə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular