Modern.az

YAP-ın yeni Beynəlxalq əlaqələr şöbəsinin müdiri partiyanın beynəlxalq planlarından danışdı

YAP-ın yeni Beynəlxalq əlaqələr şöbəsinin müdiri partiyanın beynəlxalq planlarından danışdı

Təhsil

23 İyun 2011, 18:48

“Yeni Azərbaycan Partiyasının xarici əlaqələri o qədər genişlənib ki, partiyanın xarici əlaqələr şöbəsinin yaradılmasına ehtiyac duyuldu”.

Bunu Modern.az saytına YAP-a yeni yaradılmış beynəlxalq əlaqələr şöbəsinə ilk təyin olunmuş müdir, millət vəkili Asəf Hacıyev deyib.

O, bildirib ki, bu təyinat onun üçün gözlənilməz deyildi: “Mən bu partiyanın fəal üzvüyəm. Xeyli sayda beynəlxalq toplantıda iştirak etmişəm. Bu təyinat isə partiya tərəfindən mənə böyük inam və etimaddır. Təbii ki, bunu doğrultmaq mənim borcumdur və bundan sonra da YAP-ın beynəlxalq əlaqələrinin daha da genişlənməsinə çalışacağam”.

Təyinatla bağlı deputata hansı tövsiyyələrin verildiyinə gəlincə, A.Hacıyev deyib ki, Avropanın, ümumiyyətlə dünyanın aparıcı siyasi partiyaları ilə daha da sıx əlaqələr qurmaq, beynəlxalq aləmə inteqrasiya etmək vacibdir:
“Həm iqtisadi, həm siyasi baxımdan hesab edirəm ki, bu gün Azərbaycanın aparıcı siyasi partiyası, hakim partiya dünyanın ayrı-ayrı ölkələrinin siyasi təsisatları ilə sıx münasibətlər qurmalıdır. Tövsiyyələr də sırf bu istiqamətdə oldu. Ona görə də fəaliyyətimizi də bu istiqamətdə quracağıq. Avropanın, ümumiyyətlə dünyanın aparıcı partiyaları ilə əlaqə qurmaq, onların kecdiyi yoldan səmərəli istifadə etmək, bizim təcrübəmiz haqqında onlara danışmaq və s. Çünki hər ölkədə siyasi partiyanın öz yolu var. Yəni bir partiyanın kecdiyi yolu götürüb istifadə etmək yaxşı hal deyil. İnteqrasiya onun üçün lazımdır ki, onların kecdiyi yola nəzər salaq. Məsələn, YAP-ın 20 ilə yaxın yaşı var. Bu partiya üçün elə də uzun bir zaman deyil, amma bu zamanda YAP böyük uğurlar əldə edib. Azərbaycanda ən aparıcı siyasi partiyadır. Biz istəyirik ki, daha sürətlə inkişaf edək. Bunun üçün beynəlxalq münasibətləri daha da inkişaf etdirmək lazımdır”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular