Modern.az

İnfiniti “Formula 1”in dünya çempionunu “İnfiniti” brendinin səfiri elan edib ®

İnfiniti “Formula 1”in dünya çempionunu “İnfiniti” brendinin səfiri elan edib  ®

Təhsil

23 İyun 2011, 18:58

Yaponiyanın lüks avtomobil istehsalçısı İnfiniti ilk dəfə olaraq Formula-1 dünya çempionu Sebastyan Vetteli İnfiniti brendinin səfiri elan edib.

İnfiniti Sebastyan Vettellə öz əməkdaşlığını Red Bull Racing komandası ilə olan əməkdaşlıqdan 2 ay sonra başlayıb. 23 yaşlı Formula-1 ulduzu həftəsonları keçirilən Formula-1 yarışlarında və ümumilikdə bütün tədbirlərdə İnfiniti məhsullarının təşviqində fəal iştirak edəcək.

2011-ci il mövsümündən Formula-1 yarışlarına Red Bull Racing komandasınının əsas tərəfdaşı kimi qatılan İnfiniti, Sebastyan Vettel və Mark Webber tərəfindən yaradılmış sınaq yarışına da qatılıb. Red Bull Racing komandasında bir çoxu kimi, Sebastyan şəxsi avtomobil qismində İnfiniti brendini seçməsi ilə yanaşı dünyanın müxtəlif yarışlarında İnfiniti-ni təmsil edir.

Yeni rolunu şərh edərək Sebastyan Vettel belə deyib: “İnfiniti avtomobillərini ilk istifadədən sonra bəyəndim. Avtomobil 2 cəhətdən cəlb edir: xarici görünüşü və funksionallığı. İnfiniti avtomobillərini test etmək fürsəti yaranandan sonra, mən bu avtomobillərin böyük pərəstişkarı oldum. Onlar idman avtomobili olması ilə yanaşı çox rahatdırlar. Mən əminəm ki, biz bir komanda kimi və şəxsən mən, İnfiniti təcrübəsindən çox yararlanacağıq və gələcək tərəfdaşlığımız daha geniş, çoxşaxəli olacaq”.

Nissan Motor şirkətinin nümayəndəsi Simon Sproule əlavə etdi: “Red Bull Racing komandası, Formula-1 yarışlarında qısa bir zamanda çox iddialı və qalib komandanın yaradılmasını nümayiş etdirdi. Sebastyan Vettelin göstərdiyi performans bu prosesi daha da sürətləndirdi. Biz komanda ilə əməkdaşlığı inkişaf etdirməklə, Sebastyan Vettel ilə daha sıx münasibətlər qurduq və bu gün rəsmi olaraq onu İnfiniti komandasında salamlayırıq”.


Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular