İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri başa çatıb. (AzərTAC)
Bu səfər çərçivəsində İlham Əliyev Avropa Komissiyasının sədri Xose Manuel Barrozo, Avropa Parlamentinin sədri Yeji Buzek və digər rəsmi şəxslərlə görüşüb, müxtəlif tədbirlərə qatılıb.
İlham Əliyev sabah Rusiyanın Kazan şəhərində Ermənistan və Rusiya prezidentlərilə Qarabağ məsələsini müzakirə edəcək.