Modern.az

Milli Məclisin nəvbədənkənar sessiyası bu gün başa çatır

Milli Məclisin nəvbədənkənar sessiyası bu gün başa çatır

Təhsil

24 İyun 2011, 09:33

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası bu gün keçirilir. Modern.az-ın məlumatına görə, iclasın müzakirəsinə 20 qanun layihəsi çıxarılacaq.

Deputatların müzakirəsinə çıxarılacaq qanun layihələrinin siyahısını təqdim edirik: 

 

- “İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanununa əlavə dəyişikliklər edilməsi barədə Konstitusiya qanunu;

 

- “Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsinin üçünçü oxunuşa çıxarılması;

 

- “İcbari sığortalar haqqında” qanun layihəsi;

 

- “Məhkəmələrin fəaliyyəti haqqında” informasiya əldə etmək barədə qanun layihəsinin üçünçü oxunuşa çıxarılması;

 

- “Avropa Landşaft Konvensiyasının təsdiq edilməsi haqqında” qanun layihəsi;

 

- “Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” müqavilənin təsdiq edilməsi barədə qanunu layihəsi;

- “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında” müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi;

 - “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında təslimetmə haqqında” müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi;

- “Azərbaycan Respublikası beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi;

- “Nəqliyat haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun layihəsi;

- “Prokrorluq haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi;

- “Azərbaycan Respublikasının Mərkəzi Bank haqqında” qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi;

- “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə qanun layihəsi;

- “Azərbaycan Respublikasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi;

- “Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi;

- “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi;

- “İnformasiya əldə etmək haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi;

- “İcra haqqında” qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi;

- “Azərbaycan Respublikasının Mülki Prosessuual Məcəlləsində dəyişiklik edilməsi haqqında”  qanun layihəsi;

- “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi.

Modern.az
Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular