Modern.az

Bərdəli gənclər kampaniyaya qoşulublar (FOTOLAR)

Bərdəli gənclər kampaniyaya qoşulublar (FOTOLAR)

Təhsil

24 İyun 2011, 10:29

“VƏTƏNİ TANI” Ümumrespublika Kampaniyası öz seçim turlarını davam etdirir. Bu dəfə işçi qrupu Bərdə rayonuna səfər edib. Azərbaycanın qədim şəhəri olan Bərdədə 150 gənc arasında təşkil edilən kampaniyanın məqsədləri barədə gənclərə Milli Şuranın mətbuat xidmətinin rəhbəru Orxan Əli məlumat verib.
Bərdəli gənclər kampaniyaya böyük maraq göstəriblər. İstər elektron, istərsə də xəritəni yığmaqda Bərdəli gənclər bir-biri ilə yarışıblar. Əlbəttə, onlar arasından yalnız iki nəfərin respublika turuna vəsiqə qazanacağı məlum idi. Amma əsas hədəf gəncləri bu kampaniya vasitəsi ilə ölkəmizin ərazi bütövlüyünü mənimsəməsi olub. Yarışma o qədər maraqlı keçib ki, gənclər hər il bu tədbirin keçirilməsini arzulayıblar.

Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları  nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.






Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular