Modern.az

Şirməmməd Hüseynovun 550 səhifəlik yeni kitabı çıxacaq

Şirməmməd Hüseynovun 550 səhifəlik yeni kitabı çıxacaq

Təhsil

24 İyun 2011, 13:03

“Yeni araşdırmalarım bu ilin axırında öz bəhrəsini verəcək”. Bu sözləri Modern.az-a açıqlamasında mətbuat tariximizin yorulmaz araşdırıcısı, Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynov deyib.
Zəngin araşdırmalarını davam etdirən korifey jurnalist hazırda AXC-nin banisi Məhəmməd Əmim Rəsulzadənin əsərlərinin üçüncü cildini hazırladığını vurğulayıb: “Rəsulzadənin 1915-16-ci illərdə dərc etdirdiyi 200-ə yaxın məqaləsi var. Həmin məqalələri toplamışam və hazırda kompüterdə yığılır. Daha sonra onlar oxunacaq və yəqin ki, bu ilin axırına kimi kitab çap olunacaq. Onu da qeyd edim ki, Rəsulzadənin əsərlərinin üçüncü cildi 550 səhifədən ibarət olacaq” deyə Ş.Hüseynov əlavə edib.

Aytən ƏLIYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular