Azərbaycan Milli Məclisinin bu gün keçirilən növbədənkənar iclası başa çatıb. Modern.az saytının məlumatına görə, parlametarilər son iclasda gündəliyə çıxarılan 21 məsələni müzakirə ediblər, bütün qanun layihəsini qəbul ediblər.
İclas yekunlaşmazdan əvvəl deputat Xanhüseyn Kazımlı bildirib ki, Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların 22-si iyun ayında şəhidlik zirvəsinə qovuşublar. X.Kazımlı onların xatirəsini anmağı təklif edib. Milli Məclis təklifi bəyənərək şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad edib.
Sonda Azərbaycanın dövlət himni səsləndirilib, Milli Məclisin sədri Oqtay Əsədov sessiya ərzində məhsuldar fəaliyyət göstərdiklərinə görə deputatlara təşəkkür edib.
Bununla da deputatlar yay tətilinə çıxıblar.