Modern.az

ABŞ-dan olan həmsədr Robert Bradke: “Əsas prinsiplər sülh sazişi demək deyil”

ABŞ-dan olan həmsədr Robert Bradke: “Əsas prinsiplər sülh sazişi demək deyil”

24 İyun 2011, 14:39

Minsk Qrupunun həmsədri Kazan görüşü barədə: “Müharibə olmasını istəmirik”

"Biz danışıqlar prosesinin çox mühüm mərhələsindəyik”. Modern.az bildirir ki, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsdəri Robert Bradke bu gün ABŞ-ın Moskvadakı səfirliyində keçirdiyi brifinqdə bildirib.

Kazan görüşünə toxunan Bradke qeyd edib ki, bu görüş onun fikrincə, 2001-ci ildən Ki-Uestdə başlayaraq danışıqlar prosesinin ən mühüm mərhələsidir.  O qeyd edib ki, 2001-ci ildə Ki-Uestdə slüh sazişinin əldə edilməsi üçün səylər göstərilib.  

“Əsas prinsiplər  sülh sazişi demək deyil. Bu 5,5 səhifədən və 14 bənddən ibarət çərçivə sənədi tərəflərə münaqişənin həlli üçün danışıqları necə aparmaq barədə tövsiyyələrdir. Bu nazirlərə sülh sazişinə nail olmaq üçün mühüm məsələləri təsdiq etmək tövsiyələridir”-deyə Bradke bildirib.

O qeyd edib ki, həmsədrlər bu sənəd üzərində illərlə işləyiblər. “Biz indi bu mərhələyə çatmışıq. Bu sənəd tərəflərə irəli getməyə və slüh razılaşmasının ətrafında danışıqlar aparmağa imkan verir”.

Bradke bildirib ki, Kazan görüşü Rusiyanın rəhbərliyi altında aparılsa da, ABŞ danışıqlar prosesində fəal iştirak edir.  “Bizim ümumi marağımız ondan ibarətdir ki, müharibə olmasın. Münaqişənin yalnız sülh yolu ilə tənzimlənməsi ilə bağlı rusların və fransızların mövqeyi ilə həmrəyik”-deyə amerikalı həmsədr vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular