ABŞ, Avropa Birliyi və Rusiya bir çox məsələlərdə razılığa gələ bilməsələr də, sabit olmayan Qafqaz barədə bir mövqeyə gələ biliblər. Hər üç tərəf hesab edib ki, Azərbaycan və Ermənistan əgər Qarabağ probleminin sülh yolu ilə həllini istəyirsə, o zaman saziş imzalamalıdır.
Modern. az “İnoSMİ”-yə istinadən bildirir ki, bu barədə “Nyu-York Tayms” qəzetinin bu günkü məqaləsində deyilir.
“Bir çoxları üçün razılaşma böyük uğur kimi görünür. Amma saziş yalnız uzun prosesin başlançıcıdır. Əgər Medvedev tərəfləri sənədi imzalamağa vadar edə bilsə, bu, münaqişənin həllində mühüm irəliləyiş olacaq. Bu eyni zamanda rus liderinin ardıcıl siyasətinin sübutu olacaq”-deyə məqalədə deyilir.
Qəzet daha sonra yazır: “Zaman tükənmək üzrədir. Bu payız həm regionda, həm də Minsk Qrupuna daxil olan ölkələrdə 2012 və 2013-cü illərdə keçiriləcək seçkilərə hazırlıq prosesi başlanır. Bu isə bir sıra proqramların həyata keçiriləməsində çətinliklər yarada bilər. Digərlərini isə məsələnin həllini təxirə salaraq “ctolun yeşiyinə” atmağa məcbur edə bilər”-deyə məqalədə deyilir.
Yazıda qeyd olunur ki, beynəlxalq güclər Dağlıq Qarabağ münaqişəsini xeyli vaxtıdır ki, görməməzliyə vururdular. “Razılaşmanın imzalanması 600 min qaçqın düşmüş insanın evlərinə qayıtmasına imkan yaradacaq. O cümlədən Dağlıq Qarabağda yaşayan 150 min insana təhlükəsizlik təminatı verəcək. Bu, həmçinin regional müharibə barədə uzun zaman müşahidə olunan qorxuya son qoyacaq”-deyə yazıda vurğulanır.