Modern.az

Asiya İnkişaf Bankı Azərbaycanla bağlı Biznes-Planı təsdiq edib

Asiya İnkişaf Bankı Azərbaycanla bağlı Biznes-Planı təsdiq edib

24 İyun 2011, 15:15

Asiya İnkişaf Bankı Azərbaycanla bağlı “Ölkə üzrə Əməliyyatlara dair 2011-2013-cü illər üçün Biznes-Plan”ı təsdiq edib. Növbəti ildə isə ölkə üzrə yeni tərəfdaşlıq strategiyasının hazırlanması planlaşdırılır. Yeni biznes plana uyğun olaraq, 2011-ci il ərzində AİB Azərbaycana 340 milyon dollara yaxın kredit ayıracaq. Bu barədə Modern.az-a Asiya İnkişaf Bankının Azərbaycanda Daimi Nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Tariyel Calallı məlumat verib.

Biznes plana uyğun olaraq, AİB nəqliyyat, enerji, su təminatı, kanalizasiya, şəhərdaxili  xidmət sektorlarını dəstəkləməkdə davam edəcək. Nəqliyyat sektorunda AİB Masallı-Astara yolunun maliyyələşdirilməsi üçün lyeni kreditlər ayıracaq. Bank həmçinin Bakı ilə Gürcüstan arasındakı əsas magistral yolların maliyyələşdirilməsini də nəzərdən keçirir. Bakı ilə Gürcüstan arasındakı magistral yollar Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlq (CAREC) Proqramının əsas korridoru hesab edilir.

Enerji sektoru ilə bağlı investisiya proqramı milli paylama şəbəkəsinin gücləndirilməsi və yenilənməsini, enerji təminatı ilə bağlı etibralılığının artırılmasını, paylama zamanı itkilərin azaldılmasını, enerji sektorunun maliyyə, idarəetmə və əməliyyat sahələrinin təkmilləşdirilməsini nəzərdə tutur.

Şəhərdaxili xidmətlər sahəsində AİB Azərbaycan hökumətinə ikinci dərəcəli şəhərlərdə su təminatı və kanalizasiya xidmətlərinin təkmilləşdirilməsinə yardım göstərməkdə davam edəcək. AİB şəhərdaxili nəqliyyat layihələrinin maliyyələşdirilməsini də nəzərdən keçirə bilər.

Yeni biznes planı şərh edən AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olly Noroyono bildirib: “Biz biznes planı hazırlayarkən Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmışıq. Biznes plan ilk növbədə hökumət üçün prioritet təşkil edən infrastruktur layihələrin inkişaf etdirilməsini hədəfə alıb. Biznes plan Azərbaycan hökumətinin iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi və diversifikasiyası ilə bağlı apardığı siyasətlə uzlaşır. Biz planın uğurla və effektiv şəkildə icra olunacağını gözləyirik. Biz inkişafa yardım göstərmək üçün Azərbaycanın yanındayıq.”

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular