Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev “Ali təhsil haqqında” və “Elm haqqında” qanun layihələrinin müzakirə üçün tam hazır olduğunu deyib.
Modern.az saytına açıqlamasında deputat deyib ki, Milli Məclisin payız sessiyasında bu sənədlər müzakirəyə çıxarılacaq: “Hesab edirik ki, hər iki sənəd mükəmməl hazırlanıb. Hər ikisi sahə qanunlarıdır. Bu qanunların qəbulu ali təhsil və elm sahəsində irəliləyişi sürətləndirəcək”.
Modern.az