Modern.az

QHT Şurası insan hüquqları və demokratiyaya aid 16 layihəyə 91 min manat ayırıb

QHT Şurası insan hüquqları və demokratiyaya aid 16 layihəyə 91 min manat ayırıb

Təhsil

24 İyun 2011, 16:05

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ilin birinci yarısında ayrı-ayrı istiqamətlər üzrə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı müzakirələri davam etdirir.

Bu gün insan hüquqları və demokratiya istiqaməti üzrə maliyyələşdirilmiş layihələrin icra vəziyyəti müzakirə edildi. Tədbiri açan Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov qeyd etdi ki, ölkədə insan hüquqlarının qorunması və  demokratiyanın dərinləşməsilə bağlı dövlət tərəfindən görülən işlərə vətəndaş cəmiyyətinin dəstək  verməsi son dərəcə vacibdir. F.Qurbanov layihələrin icrasında qazanılmış uğurlu nəticələr, eləcə də yol verilmiş nöqsanlar barədə danışdı. Nöqsanların aradan qaldırılması üçün layihə və QHT rəhbərləri təlimatlandırıldı.   

Layihələrin icrasına nəzarəti həyata keçirmiş Şura əməkdaşı E.Bağırovun verdiyi məlumatda qeyd edildi ki, 2011-ci ilin birinci yarısında insan hüquqları və demokratiya istiqaməti üzrə maliyyələşdirilmiş 16 layihəyə 91.200 manat vəsait ayrılmışdır. E.Bağırov bildirdi ki, bu layihələr ölkənin 16 rayon və şəhərini əhatə edib. Layihələrin icrasına cəlb edilmiş şəxslərdən 40 nəfəri aylıq əməkhaqqı alıb.

Layihələr çərçivəsində 2 QHT mövzuya aid müxtəlif kitab, broşur və buklet çap edərək yayıb, 3 QHT təlimlər və seminarlar təşkil edib, 3 QHT monitorinq və sorğular keçirib, 3 QHT təlimlər keçib, 1 QHT ictimai debat təşkil edib, 3 QHT maarifləndirmə tədbirləri həyata keçirib.

Müzakirələrdə çıxış edən QHT və layihə rəhbərləri Q.Budaqova, Y.Cəfərli, B.Qarayev, H.Mürsəlov, O.Ağayev, K.Abdullayeva, Ç.Gülalıyev və başqaları layihələrin icrası ilə bağlı öz fikir və təkliflərini bildirdilər.

29 iyun 2011-ci ildə mədəniyyət məsələlərilə bağlı təşəbbüslər üzrə maliyyələşdirilən layihələrin icra vəziyyəti müzakirə ediləcək.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular