Modern.az

Səhiyyə Nazirliyi: "41 həkimdən 4-ü imtahandan kəsilib"

Səhiyyə Nazirliyi: "41 həkimdən 4-ü imtahandan kəsilib"

24 İyun 2011, 16:28

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri artıq müəyyənləşib. Səhiyyə nazirliyinin mətbuat xidmətindən Modern.az  saytına bildirilib ki, 22.06.2011-ci il tarixində laboratoriya işi, anesteziologiya-reanimatologiya və ümumi cərrahiyə ixtisasları üzrə keçirilən  imtahanlarda ümumilikdə 41 həkim iştirak edib. İmtahanlarda iştirak edən həkimlərdən 37 (90%) nəfəri uğurlu nəticələr əldə edib. 

Qeyd edək ki, növbəti test imtahanları əczaçılıq, neyrocərrahiyyə və terapiya ixtisasları üzrə 29.06.2011-ci il tarixində keçiriləcək.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular