Modern.az

Türkiyə səfirliyi Xankəndindəki aeroportla bağlı açıqlama yaydı

Türkiyə səfirliyi Xankəndindəki aeroportla bağlı açıqlama yaydı

24 İyun 2011, 17:02

Türkiyənin Azərbaycandakı səfirliyi Azərbaycanın erməni işğalı altındakı Xankəndi şəhərində tikilən aeroportla bağlı bir türk şirkətinin adının hallanması məsələsi barədə açıqlama yayıb.
Modern.az –ın məlumatına görə, səfirlik bildirib ki, mətbuatda işğalı altında olan Xankəndi şəhərində hava limanının inşa edilməsində Türkiyədə fəaliyyət göstərən “Dəmirçi Makina” Sənaye Limited Şirkətinin iştirakı barədə xəbərlərdən narahatdır.

Səfirlik bəyan edib ki, Türkiyə tərəfındən Qarabağ Azərbaycan toprağı olaraq tanınıb. “Dolayısıyla həmin bölgəyə gedəcək mallar Azərbaycan gömrüklərinə yönəldirilir. Ayrıca Türkiyədən Ermənistana ixraca izn verilmir”-deyə açıqlamada qeyd olunub.

Səfirlik bildidb: “Biz araşdırma apardıq və “Dəmirçi Makina” Sənaye Limited Şirkətinin 2009-2011-ci illərdə gerçəkləşdirdiyi ixracla bağlı bölgələrdə Xankəndinin adı yoxdur”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular