Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Milanın “İnter” futbol klubunun prezidenti və sahibi Massimo Morattini qəbul edib.
Modern.az AzərTAc-a istinadən bildirir ki, görüşdə Azərbaycanda idmanın inkişafı sahəsində görülən işlərdən danışılıb, ölkəmizin beynəlxalq səviyyədə idmanla bağlı əldə etdiyi uğurlar qeyd edilib və Azərbaycanın beynəlxalq idman əlaqələrinin genişləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.