Azərbaycan Respublikasının Tacikistandakı səfirliyində 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə həm də səfirlik tərəfindən rus və ingilis dillərində hazırlanmış “Əlvida, Silah”-bu gün demək mümkün deyil” adlı kitabçanın təqdimat mərasimi olub.
Modern.az-ın məlumatına görə, mərasimə Tacikistan Respublikasında akkreditə olunan diplomatik missiyaların, beynəlxalq təşkilatların nümayəndələri, “Heydər Əliyev adına Azərbaycanlıların Tacikistanda Dostluq və Mədəniyyət Mərkəzi”nin üzvləri, Tacikistanın ziyalıları, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri qatılıblar.
Azərbaycanın Tacikistandakı müvəqqəti işlər vəkili İlham Zamanov Azərbaycan Demokratik Respublikasının Milli Ordusunun yaranma tarixi haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Bu günkü Azərbaycan Silahlı Qüvvələrinin intizamlı, yüksək peşəkarlığı ilə seçilən kadrlarla təmin olunduğunu, təchizatının yaxşılaşdığını, hərbi quruculuq işlərinin elmi əsaslarla aparıldığını qeyd edən İ.Zamanov torpaqlarımızın 20%-nin erməni işğalı altında qaldığını xatırladaraq “əlvida silah, demək mümkün deyil”-deyə tədbir iştirakçılarına bildirib.
Sonra, “Heydər Əliyev adına Azərbaycanlıların Tacikistanda Dostluq və Mədəniyyət Mərkəzi”nin sədri Fəxrəddin Əsədov çəxəş edib. Deyib ki, Azərbaycan Ordusunun Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızı azad etməsi, Ermənistanın təcavüzünə son qoyması və yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımızın öz dədə-baba yerlərinə qayıtması həmvətənlərimizin ən böyük arzusudur.
Daha sonra, İ.Zamanov səfirlik tərəfindən rus və ingilis dillərində hazırlanmış və nəşr edilmiş “Əlvida, Silah” – bu gün demək mümkün deyil” adlı kitabçanı mərasim iştirakçılarına təqdim edib.
ədbir iştirakçılarına Azərbaycanfilm kinostudiyasının istehsalı olan “Babək” bədii filmi də nümayiş edilib.
“Əlvida, Silah” – bu gün demək mümkün deyil” adlı kitabça mərasim iştirakçılarına paylanılıb.
Ləman Ağayeva
Astana