Modern.az

Hərbi qulluqçuların maaşlarının artımı necə hesablanacaq? (CƏDVƏL)

Hərbi qulluqçuların maaşlarının artımı necə hesablanacaq? (CƏDVƏL)

Təhsil

26 İyun 2011, 10:36

“Doktrina” JHAM versiyasını təqdim edir           

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşları orta hesabla 25 faiz, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 10 faiz artırılır.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu sərəncam 2011-ci il iyulun 1-dən qüvvəyə minir.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin ekspertlərinin araşdırmalarına görə, prezidentin son sərəncamından sonra hərbi qulluqçuların aylıq vəzifə (tarif) məvacibləri orta hesabla aşağıdakı qaydada hesablana bilər:

s/s

Azərbaycan hərbi qulluqçusunun rütbəsi

Hərbi qulluqçuların artımdan əvvəlki məvacibləri

(orta hesabla, AZN)

Sərəncamdan sonrakı məvaciblər: VERSİYA

(orta hesabla, AZN)

 

Hərbçinin vəzifəsi

1 qat

2 qat

1 qat

2 qat

1

Əsgər-çavuş (MAXHQ)

Tağım kom. müavini

250

350

320

450

2

Gizir

Tağım kom. müavini

250

350

320

450

3

Leytenant

Tağım komandiri

300

450

380

550

4

Baş leytenant

Tağım - Bölük komandiri

350

500

420

650

5

Kapitan

Bölük komandiri

400

600

450

650

6

Mayor

Tabur komandiri

500

700

530

730

7

Polkovnik-leytenant

Briqada kom. müavini

700

900

730

930

8

Polkovnik

Briqada komandiri

900

1200

910

1220

9

General-mayor

Korpus komandiri

1300

1750

1300

1750

10

General-leytenant

Müdafiə nazirinin müavini

1700

-

1700

-

11

General-polkovnik

Müdafiə naziri

2300

-

2300

-

“Doktrina” mərkəzinin ekspertlərinin fikrincə, müddətdən artıq hərbi xidmət qulluqçularından (MAXHQ) tutmuş baş leytenant rütbəsi daxil olmaqla rütbələr daşıyan və tağım komandirinin müavini vəzifəsindən tutmuş bölük komandiri vəzifəsinədək hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarının orta hesabla 50-65 faiz, daha yuxarı rütbəli və vəzifəli hərbi qulluqçularda isə bu artımın 10-20 faiz həcmində olması gözlənilir.
"General rütbəli hərbi qulluqçularda isə məvacib artımının olmayacağına dair məlumatlar mövcuddur"-deyə “Doktrina”dan Modern.az-a bildirilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu