Modern.az

İlham Əliyev Mahmud Abbasla təkbətək görüşüb

İlham Əliyev Mahmud Abbasla təkbətək görüşüb

Təhsil

28 İyun 2011, 18:08

İyunun 28-də Fələstin dövlətinin prezidenti Mahmud Abbas Azərbaycana rəsmi səfərə gəlib. 
Modern.az AzərTAc-a istinadən bildirir ki, Mahmud Abbası hava limanında Azərbaycanın baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanının qonaqlar üçün salonunda Mahmud Abbas və Abid Şərifov arasında qısa protokol söhbəti olub. 

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın təkbətək görüşü olub.
Görüşdə siyasi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin vəziyyəti və inkişafı ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb. 

Təkbətək görüş başa çatdıqdan sonra İlham Əliyevin və Mahmud Abbasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

Qeyd edək ki, Abbasın Bakıya rəsmi səfəri Fələstin dövlətinin tanınması ilə bağlı aparılan proses çərçivəsindədir. Belə ki, bu ilin sentyabr ayında Fələstin özünün müstəqilliyini elan etməyə hazırlaşır. İsrailin bütün etirazlarına baxmayaraq Fələstin nümayəndə heyətini dünyanın müxtəlif ölkələrinə göndərərək bu prosesi dəstəkləməyi xahiş edir. Bir neçə gün bundan əvvəl Fələstinin yüksək səviyyəli nümayəndə heyəti Ermənistana da gəlmişdi.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular