Modern.az

Yasamalın suyu niyə kəsilib? - "Azərsu" cavab verir...

Yasamalın suyu niyə kəsilib? - "Azərsu" cavab verir...

Təhsil

6 İyul 2011, 11:51

“Azərsu”  Açıq Səhmdar Cəmiyyəti istehlakçıların nəzərinə çatdırır ki, Akim Abbasov və Ələsgər Ələkbərov küçələrinin kəsişməsində 350 mm diametrli xətdə baş vermiş qəza ilə əlaqədar Yasamal rayonunun bəzi ərazilərinə içməli suyun verilişində məhdudiyyətlər yaranıb. Bununla əlaqədar “Salyan kazarması” adlanan hərbi şəhərcik, İ.Qutqaşınlı küçəsi və “İzmir” prospektinin bir hissəsinin su təchizatı müvəqqəti dayandırılıb. Bu barədə Modern.az-a “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iyulun 5-i axşam saatlarından Yasamal Sukanal Sahəsinin qəza-bərpa qrupu qəzanın nəticələrinin aradan qaldırılması başlayıb və təmir işləri bu gün başa çatdırılacaq”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj