“Cənubi Sudanın müstəqillik əldə etməsi xalqların öz müqəddəratını təyinetmə hüququna daha bir nümunədir”. Modern.az bildirir ki, bu sözləri Ermənistanın xarici işlər naziri E.Nalbandyan Cənubi Sudanın dövlət müstəqillyinin İrəvan tərəfindən rəsmən tanınması ilə bağlı qərarını şərh edərkən deyib.
Bu sözlərlə çox kobud paralellər aparan Nalbandyan guya, Dağlıq Qarabağdakı separat –oyuncaq rejimi də belə perspektiv gözlədiyinə dolayısı yolla işarə vurub. Amma özünü təcrübəli diplomat sayan Nalbandyan başa düşməyib ki, Cənubi Sudanla bağlı vəziyyət fərqlidir və bu proses BMT-nin xüsusi qətnaməsi ilə tənzimlənir. Bu sənədi isə BMT bu ilin aprelində qəbul edib. Təhlükəsizlik Şurasında qəbul olunan sənəd 60-cı illərin müstəmləkə sistemindən xilas olaraq “tanınmamış ərazilər” siyahısına düşən kiçik ölkələrdə yaşayan xalqlara öz müqəddəratını həll etmək imkanı verir. Ardınca da xüsusi olaraq vurğulanır ki, bu prisip Helsinki Yekun Aktını imzalayan dövlətlər üçün keçərli ola bilməz. Odur ki, Nalbandyanın yersiz “şadyanalığı” növbəti iz azdırmadan başqa bir şey sayıla bilməz.