Modern.az

Əbülfəz Qarayev: "Mehriban xanım Əliyeva bizə öz tapşırıqlarını verib"

Əbülfəz Qarayev: "Mehriban xanım Əliyeva bizə öz tapşırıqlarını verib"

11 İyul 2011, 14:35

“Eurovision-2012” mahnı müsabiqəsində iştrak etmək üçün Azərbaycana gələcək qonaqların yerləşdiriləcəyi mehmanxanalar artıq müəyyənləşib. Bu barədə mədəniyyət və turizim naziri Əbülfəz Qarayev jurnalistlərə açıqlamasında bildirib. Modern.az saytı xəbər verir ki, nazirin sözlərinə görə, “Eurovision” mahnı müsabiqəsi ilə bağlı dövlət təşkilat komitəsi yaradılıb, onun rəhbəri Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva artıq iclas keçirib və  müvafiq tapşırıqlarını verib.
“Mədəniyyət və Turizim Nazirliyinin üzərinə düşən işin həcmi müəyyənləşib, biz işimizin hazırlıq mərhələsindəyik. Müəyyənləşdiririk ki, gələn qonaqlar hansı otellərdə qalacaqlar, nə qədər yerləşmə yerlərimiz var, türistlərə nə cür xidmətlər göstərəcəyik və s. Bütun bunlar hamısı vahid bir tədbirlər toplusunda həyata keçirilməlidi”.

Nazir onu da bildirib ki, təşkilat komitəsi tərəfindən  bütun nazirliklər müvafiq tapşırıqlarını alıblar və bu işlə məşğuldurlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj