Modern.az

Artur Rasizadədən yeni qərar - yanacaqdoldurma məntəqələrinə kassa aparatları qoyulacaq

Artur Rasizadədən yeni qərar - yanacaqdoldurma məntəqələrinə kassa aparatları qoyulacaq

11 İyul 2011, 17:57

Nazirlər Kabineti Azərbaycan Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında qərar verib. Modern.az Nazirləır Kabinetinə istinadən bildirir ki, Baş nazir Artur Rasizadənin 11 iyul 2011 tarixli qərarına əsasən, nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert komissiyasına tapşırılıb ki, yanacaqdoldurma məntəqələrində tətbiq olunması üçün xüsusi konstruksiyalı və texniki göstəricilərə malik, Azərbaycan Respublikasının ərazisində istifadəsinə icazə verilən, o cümlədən çek verilmədən neft məhsullarının və maye qazın alıcıya satılmasını (buraxılmasını) istisna (blokirovka) edən nəzarət-kassa aparatlarının Dövlət reyestrinə daxil edilməsini təmin etsin.

“Müəyyən edilsin ki, bu qərar qüvvəyə minənədək yanacaqdoldurma məntəqələrində istifadədə olan nəzarət-kassa aparatları 2012-ci il yanvarın 1-dək onların istehlakçıları tərəfindən Dövlət reyestrinə daxil edilmiş yeni nəzarət-kassa aparatları ilə əvəz olunur.

Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yanacaqdoldurma məntəqələrində yalnız bu qərarın 1-ci hissəsinin tələbləri nəzərə alınmaqla, Dövlət reyestrinə daxil edilmiş nəzarət-kassa aparatlarının tətbiqini təmin etsin”-deyə qərarda bildirilir.

Qərar imzalandığı gündən qüvvəyə minib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj