Prezident İlham Əliyev 2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Strategiyanın hazırlanması ilə bağlı aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:
Dövlət Komissiyasının sədri | |||
Ramiz Mehdiyev | – | Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri |
|
Dövlət Komissiyasının üzvləri | |||
Elçin Əfəndiyev | – | Azərbaycan Respublikası Baş nazirinin müavini |
|
Misir Mərdanov | – | Azərbaycan Respublikasının təhsil naziri |
|
Samir Şərifov | – | Azərbaycan Respublikasının maliyyə naziri |
|
Əli Abbasov | – | Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri |
|
Elman Rüstəmov | – | Azərbaycan Respublikası Mərkəzi Bankının sədri |
|
Məleykə Abbaszadə | – | Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri |
|
Şahmar Mövsümov | – | Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru |
|
Fatma Abdullazadə | – | Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri |
|
İsmayıl Sadıqov | – | Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri |
|
Dövlət Komissiyası “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın layihəsini üç ay müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Modern.az