Modern.az

AKP-dən olan millət vəkili Modern.az-a “kürd muxtariyyəti” xəbərini təsdiqlədi

AKP-dən olan millət vəkili Modern.az-a “kürd muxtariyyəti” xəbərini təsdiqlədi

15 İyul 2011, 15:21

Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri: “Türkiyəni parçalamaq istəyənələr cəzalarına çatacaqlar”

Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Mustafa Kabakçı bir qrup kürd separatçısının Diyarbəkirdə muxtariyyət elan etməsi xəbərini təsdiqləyib. Modern.az-a açıqlamasında  M.Kabakçı bu bəyanatı “fantastika” adlandırıb və separatçıların cəzalarını alacaqlarını deyib.

“Onlar keçirdikləri mətbuat konfransında belə bir “muxtariyyətin” yaradılmasını elan ediblər. Belə bir məsələ ola bilməz. Bunun üçün bəyanatlar keçərli ola bilməz axı? Onların bütün kürdlərin adından danışmaq haqqı yoxdur”-deyə AKP rəsmisi bildirib.

Türkiyənin huquqi dövlət olduğunu deyən deputat vurğulayıb ki, ölkə üçün bütün taleyüklü məsələlər parlamentdə həll edilir. “Kimsə yerindən qalxıb “mən belə bir şey elan edirəm” deyə bilməz. Türkiyə hüquq dövlətidir. Nəyin necə olacağına Böyük Millət Məclisi qərar verir. Bu tip məsələlər sadəcə Türkiyədə gülüş doğurur”-deyə AKP-dən olan millət vəkili bildirib.

Separatçıların Diyarbəkir bölgəsi adından danışmalarını ittiham edən M.Kabakçı qeyd edib ki, onların bütün bölgə adından da danışmaq haqqı yoxdur.  “Türkiyədə vəzifə başında olan parlament hakimdir. Türkiyə üzrə qərar verən orqan Böyük Millət Məclisidir. Ondan kənar danışılanlar fantastikadan başqa bir şey deyil. Türkiyəni parçalamaq istəyənələr cəzalarına çatacaqlar”-deyə AKP millət vəkili sonda vurğulayıb.

Qeyd edək ki, dünən PKK yaraqlılarının hucumu nəticəsində 13 əsgərin ölümü ilə nəticələnən faciədən sonra Böyük Millət Məclisini boykot etmiş kürdlərin təmsil olunduğu Barış və Demokratiya Partiyası, kürd təşkilatlarının liderləri Diyarbəkirdə “kürd müxtariyyətini” elan ediblər. 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı