“Azadlıq” qəzeti Maliyyə Nazirliyinin təkzib tələb edən məktubunu alıb. Bu barədə Modern.az-a qəzetin redaktoru Sücəddin Şərifov bildirib. Onun sözlərinə görə, artıq yazının müəllifi ilə əlaqə saxlanılıb. “Araşdırma aparırıq, istənilən halda yazının müəllifinin və Maliyyə Nazirliyinin hər ikisinin də mövqeyini çap edəcəyik”-deyə redaktor əlavə edib.
S.Şərifov deyib ki, yazının “Azadlıq” qəzetinə heç bir aiddiyatı yoxdur. Redaktor sadəcə xariçi mətbuatda Azərbaycanla bağlı dərc olunan yazı olduğu üçün qəzetdə dərc etdiklərini qeyd edib.