Modern.az

Dövlət Sularda Xilasetmə Xidməti: "Bu il boğulan 23 nəfərin hamısı qeyri-çimərliklərdə batıb"

Dövlət Sularda Xilasetmə Xidməti: "Bu il boğulan 23 nəfərin hamısı qeyri-çimərliklərdə batıb"

16 İyul 2011, 12:44

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti əhalini növbəti dəfə çimərliklərdə qaydalara riaətə etməyə çağırıb. Dövlət Sularda Xilasetmənin Təbliğat və təşkilat sektoru bildiri ki, hazırda 42 struktur bölmə - 31 xilasetmə məntəqəsi, 7 xilasetmə postu və 4 dalğıc-axtarış qrupu fəaliyyət göstərir.

 “Təcrübə göstərir ki, insanlar əksər hallarda istirahət edərkən  ən yaxın su hövzəsinə üz tutur və həmin  ərazinin  nə qədər  təhlükəli olub-olmamasını  aydınlaşdırmadan suya  girir  və istirahət etməyə çalışır. Bəzən də dənizə yaxın  restoranda  "yeyib-içən" bəzi insanlar dərhal  yaxınlıqdakı dənizə girməyə çalışır və bununla da öz həyatını təhlükəyə atmış olurlar. Təsadüfi deyil ki, ötən illərin statistikası da suda boğulma  hallarının əksər hissəsinin  məhz  qeyri-çimərlik ərazilərində  baş verdiyini  göstərir”-deyə qurumdan bildirilib
Dövlət Sularda Xilasetmə Xidmətinin məlumatına görə, 2010-cu il ərzində respublikanın su hövzələrində ümumilikdə suda boğulma  halı ilə üzləşən 688 nəfərin həyatı xilas olunsa da, suda boğulma  faktı da qeydə alınıb. Belə ki ötən il  sularda boğulmuş 95 nəfərdən 93-ü  məhz çimmək üçün qadağan olunan ərazilərin payına düşür.

2011-ci ildə isə  xilasetmə avadanlıqları ilə təchiz olunmuş ərazilərdə və digər su hövzələrində xilas edilənlərin sayı bugünkü günədək 132 nəfərə  çatıb.
”2011-ci il 12 iyul tarixinədək sularda boğulan 23 nəfərin hamısı qeyri çimərlik ərazilərində, yəni, çimmək üçün qadağan olunan ərazilərdə baş verib. Dövlət Sularda Xilasetmə Xidməti tərəfindən ölkənin su hövzələrində 2006-cı ildə 340 nəfər, 2007-ci ildə 643 nəfər, 2008-ci ildə 369 nəfər, 2009-cu ildə 254 nəfər, 2010-cu il ərzində 688 və 2011-ci ildə (12 iyul tarixinə) 132 nəfər (cəmi 2426 nəfər) batmaq təhlükəsi ilə üzləşmiş vətəndaşlar xilas edilib”.

“Hazırda yay  fəsli özünün ən isti üzünü bizlərə göstərməkdədir. Ancaq  unutmaq olmaz ki, təbiətin bizə bəxş etdiyi bu isti havanı da  səmərəli , xoş və istirahətlə keçirmək mümkündür. Ancaq bu istirahətin   bədbəxt hadisə ilə yox, xoş xatirə kimi yadda qalmasını  istəyirsinizsə, onda  çimərlikdə təhlükəsizlik qaydalarına sözsüz əməl edin”-deyə Dövlət Sularda Xilasetmə Xidməti bəyan edib.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj