Modern.az

“Nur” ilahilər qrupu Gürcüstanda 12-ci imam Mehdiyə həsr olunmuş tədbirə qatılıb

“Nur” ilahilər qrupu Gürcüstanda 12-ci imam Mehdiyə həsr olunmuş tədbirə qatılıb

19 İyul 2011, 15:23

12 İmam Hz. Mehdinin (ə.f) mübarək mövludu münasibəti ilə Gürcüstanın Marneuli şəhərində tədbir keçirilib. Tədbirə xeyli sayda inanclı insan qatılıb. Azərbaycanda ilahi mahnıların ifaçısı olan tanınan “Nur” ilahilər qrupu bu tədbirdə iştirak edib.
Məclisin əvvəlində aparıcı "Əhli- Beyt (ə)" adına cəmiyyətdə müəllim olan Elçin Daşdanov başda Peyğəmbərə (s), 14 məsuma (ə), dünya müsəlmanlarına təbrikini bildirib. Daha sonra məclis “Nur” ilahilər qrupunun üzvü Hacı Əlizamanın Quran tilavəti ilə açıq elan olunub. Sonra tanınmış ruhani, şair və "Əhli- beyt " jurnalının redaktoru Hacı Rizvan İsmayılzadə öz növbəsində təbriklərini çatdırıb. Qısa da olsa İmam Zaman (ə.f) şəxsiyyəti haqqında söhbət açıbr. O, imamın 4- cü naibinə yazdığı məktubu xatırladaraq müsəlmanların imamın qeybdə olduğu dövrdə müsəlmanların dövrün müctəhidlərinə itaət etmələri zərurətini çatdırıb. Söhbətinin sonunda dünya müsəlmanların zülmdən xilas olmasını, həmçinin Azərbaycanda hicab məhbuslarının azadlığını uca Allahadan diləyib, həmçinin İmama həsr etdiyi yeni şeirini oxuyub.

Daha sonra  "Nur" ilahilər qrupu öz gözəl sururları ilə məclisə rəng qatıb. Qrupun rəhbəri Rahim Dərvişin məlumatına görə, tədbir çox yüksək səviyyədə təşkil edilib.
“Gürcüstanda keçirilən bu mərasim həqiqətən çox gözəl keçdi. Biz də çalışdıq ki, “NUR” qrupu olaraq ölkəmizi layiqincə təmsil edək”.

Tədbirdə həmçinin digər tanınmış ruhanilər də çıxış ediblər. Seyyid Mirhuseyn söhbətində Gürcüstanda gedən dini proseslərə toxunaraq müsəlmanları haqq ilə batili seçməyə çağırıb. İmam Əli (ə) məscidinin axundu Hacı Hacıyev öz növbəsində təbrikini çatdırıb, məclis əhlinə İmam Zamanın (ə.f) müntızirlərinin (gözləyənlərinin) xüsusiyyətlərini sayıb. Sonda isə birlikdə "Fərəc" duası oxunub.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi