Modern.az

TQDK hərbi ixtisasların keçid ballarını açıqladı

TQDK hərbi ixtisasların keçid ballarını açıqladı

19 İyul 2011, 17:58

Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) iyulun 16-da keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında Azərbaycan Respublikasının xüsusi təyinatlı təhsil müəssisələrinin müvafiq ixtisaslarına qəbulun nəticələri məlum olub. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumatında bildirilib ki, 2011/2012-ci tədris ili üçün hərbi liseylərə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən C.Naxçıvanski adına Hərbi liseyə (Bakı ş.) keçid balı 200, H.Əliyev adına Hərbi liseyə (Naxçıvan şəhəri) isə 150 bal olub.

Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) keçid balı 87.5 olub.
IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticəsinə əsasən Azərbaycan Tibb Universitetinin “Hərbi həkim işi” ixtisasına keçid balı 380 (bütün imtahan fənləri üzrə nisbi bal məhdudiyyəti saxlanmaqla) olub.
Adları qeyd olunan təhsil müəssisələrinə sənəd verən  və müsabiqədən keçən  tələbələr müvafiq təhsil müəssisəsinə müraciət edərək qeydiyyatdan keçməlidirlər.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI