Modern.az

Azərbaycandan 11 nəfər KİV və QHT rəhbəri Ukraynaya gedib (SİYAHI)

Azərbaycandan 11 nəfər KİV və QHT rəhbəri Ukraynaya gedib (SİYAHI)

21 İyul 2011, 12:46

11 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti bu gün Ukraynanın paytaxtı Kiyevdə görüşlərə başlayır. Qrupa Azərbaycanın bir sıra KİV və QHT təmsilçiləri daxildirlər. Bu barədə Modern.az saytına heyətə qatılmış “Ayna- Zerkalo” qəzetlərinin təmsilçisi, “Doktrina” Jurnalistərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli məlumat verib. Onun sözlərinə görə, səfərdə məqsəd Ukrayna KİV-inin təcrübəsi və iş prinsipləri ilə tanış olmaqdır.

Nümayəndə heyətində Natiq Cəfərov, Təhminə Tağıyeva, Natiq Adilov, Mətanət Əzizova, Ramal Hüseynov, Diana İsayeva, Mehman Mehdiyev, Mübariz Rəhimli və başqa KİV və QHT təmsilçiləri var.

Bu gün Azərbaycan heyəti “İnternyus-Ukrayna” Beynəlxalq İctimai Təşkilatın proqram direktoru Andrey Kulakovun, “Global Voice”  beynəlxalq blogger təşkilatının təmsilçisi Tatyana Boqdanovanın “Ukraynada yeni media”ya dair mühazirələrini dinləyəcəklər. Daha sonra Azərbaycan heyəti “Korrespondent” jurnalının redaksiyasına baş çəkəcəklər. Jurnalın şərhçisi İrina Solomko “Ukraynada çap mediası” mövzusunda mühazirə oxuyacaq.

İyulun 22-də “STB” kanalının televiziya redaksiyasına səfər olacaq. Telekanalın informasiya-analitik bölməsinin rəhbəri İrinia Fedoriv təmsil etdiyi təşkilatın iş pronsiplərindən söhbət açacaq. Daha sonra “Ukraynada söz azadlığı: senzura qayıdır?” mövzusunda müzakirələr gözlənilir.

Səfər çərçivəsində dinləniləcək sonuncu mühazirə “Svidomo” müstəqil jurnalist araşdırmaları bürosunun əlaqələndiricisi Yeqor Sobolov tərəfindən təqdim olunacaq. O, Ukraynada jurnalist araşdırmasının vəziyyətindən danışacaq.

Daha sonra Ukraynanın “Nova Ukraina” peşəkar jurnalistika məktəbinin məzunları ilə görüş keçiriləcək.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı