Gürcüstanın Ermənistandakı keçmiş səfiri Revaz Qaçaçilidze bildirib ki, rəsmi Tiflis heç vaxt Dağlıq Qarabağ ətrafında olan situasiyaya qarışmayacaq. Modern.az gürcü KİV-lərinə istinadən bildirir ki, səfir bunu rəhbərlik adından açıqladığını bildirib.
“Gürcüstan heç vaxt Azərbaycan və Ermənistanın arxasından bu məsələni həll edə bilməz. Bu problemi Rusiya, ABŞ, Qərbi Avropa həll edə bilmir. Münaqişəni iki ölkənin hökümətləri və xalqları həll etməlidir. Gürcüstan heç bir halda Dağlıq Qarabağ münaqişəsinə qarışıb hər hansı reseptlər təklif etməyəcək. Rəsmi Tiflis kiminsə tərəfində durmaq istəmir”-deyə Qaçaçilidze vurğulayıb.
Səfir daha sonra deyib ki, Bakı və İrəvan Gürcüstanın bu mövqeyinə hörmətlə yanaşmalıdır.