Modern.az

Bəxtiyar Sadıqov: “Dövlətin siyasəti biz jurnalistləri qane edir”

Bəxtiyar Sadıqov: “Dövlətin siyasəti biz jurnalistləri qane edir”

21 İyul 2011, 14:21

“Azərbaycanın dövlət siyasəti biz jurnalistləri qane edir. Biz də bu məsələyə biganə qalmayaraq, dövlətin və dövlətçiliyin tərənnümü, sosial və iqtisadi tərəqqinin, abadlıq və quruculuq işlərinin dəstəklənməsində öz töhfəmizi verəcəyik”.
Modern.az-ın xəbərinə görə, bunu deyən “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, Azərbayücan müstəqillik əldə etdikdən sonra milli mətbuat şərəfli bir yol keçib:
“Bu müddət ərzində mətbuat bir sıra mərhələdən keçməli olub. Belə ki, ölkədə senzura ləğv edilib, mətbuat dövlət nəzarətindən çıxarılıb, Azərbaüycan Mətbuat Şurası yaradılıb, KİV-in inkişafı ilə bağlı Konsepsiya qəbul edilib,  Kütləvi İnformasiya Vasitələrinin İmkişafına Dövlət Dəstəyi Fondu təşkil olunub. Hazıda Fond KİV-in inkişafına öz töhfəsini verməkdə davam edir. Bu məqsədlə müxtəlif layihələrə vəsait ayrırır, fərdi jurnalistlər üçün müsabiqələr təşkil edir. Ümumilikdə deyə bilərik ki, dövlətin siyasəti biz jurnalistləri qane edir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı