Bu gün Çinin Ninbo şəhərində 8 komandanın iştirakı ilə kişilər arasında keçirilən şahmat üzrə dünya çempionatının səkkizinci turunda Azərbaycan “ağ top ustaları” erməni şahmatçıları ilə üz-üzə gələcəklər.
Modern.az bildirir ki, Azərbaycan yığma komandası 6 xalla 7-ci yeri tutur. Səkkizinci turun birinci oyununda azərbaycanlı Teymur Rəcəbov erməni şahmatçısı Levon Aronyanla oynayacaq. Rauf Məmmədov isə Vladimir Akopyanla üz-üzə gələcək. Vüqar Həşimov və Şəhriyar Məmmədyarov isə müvafiq olaraq Sergey Movsesyan və Qabriel Sərkisyanla oynayacaqlar.
Azərbaycan milli komandası bundan əvvəlki turlarda Macarıstan, Ukrayna və ABŞ millisinə məğlub olub, Çin və İsraillə heç-heçə edib, Hindistana və Rusiyaya qalib gəlib.
Komandamızın medal qazanması üçün bu gün mütləq ermənilərdən xal alması lazımdır.