Modern.az

Əhməd Əhmədzadəyə qarşı məhkəmə prosesi keçirilib

Əhməd Əhmədzadəyə qarşı məhkəmə prosesi keçirilib

26 İyul 2011, 09:22

İyulun 25-də 1 saylı Bakı İnzibatı İqtisad Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının Əhməd Əhmədzadənin sədri olduğu Meliorasiya və Su Təsərrüfatı ASC-ə qarşı məhkəmə prosesi keçirilib. Bu barədə Modern.az-a “Kür” Vətəndaş Cəmiyyəti Qərargahından bildirilib.
Xatırladaq ki, bir müddət öncə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı 2010- cu ilin yazında baş vermiş daşqınların səbəblərini araşdırmaq məqsədi ilə son illər ölkədə su təsərrüfatı sisteminin idarə olunması, bəndvurma və sahil bərkitmə işlərinin həyata keçirilməsi, Kür- Araz çaylarının lildən təmizlənməsi və s. istiqamətdə ayrılan vəsaitlər və görülən işlər barədə sözü gedən quruma müraciət edərək məlumat istəmişdi. Meliorasiya və Su Təsərrüfatı ASC-nin verdiyi cavabı natamam və qeyri-qənaətbəxş qiymətləndirən “Kür” Qərargahı bununla bağlı məhkəməyə müraciət edib.

Məhkəmə prosesində Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri və “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev iştirak edib. Prosesin 29 iyula kimi təxirə salınması barədə qərar qəbul edən hakim işin mahiyyəti üzrə baxılması əvəzinə prosedur qaydaları əsas gətirərək iddiaçı tərəfdən növbəti məhkəməyə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının Əsasnaməsini təqdim etməyi tələb edib.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı