Modern.az

ABŞ Azərbaycanda cinayətkar şəbəkə ilə əlaqəsi olan şəxsləri araşdırmağa başlayır

ABŞ Azərbaycanda cinayətkar şəbəkə ilə əlaqəsi olan şəxsləri araşdırmağa başlayır

26 İyul 2011, 11:20

Yeni strategiyaya görə, Vaşinqton postsovet ölkələrdə kriminal dairələrlə əlaqəsi olan şəxslərə sanksiya tətbiq edəcək

ABŞ Prezident Administrasiyası beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizə üçün yeni strategiyanı açıqlayıb. Modern.az “Fre Europe” radiosuna istinadən bildirir ki, qəbul olunan sənəddə keçmiş SSRİ respublikalarındakı, o cümlədən Azərbaycandakı kriminal dairələrlə əlaqədə olmaqda şübhəli sayılan şəxslərə qarşı sanksiyalar tətbiq olunacaq. Bura həmçinin Yaponiya, Meksika və İtaliya da daxil edilib.
Son 15 ildə keçmiş SSRİ respublikalarından olan kriminal dairələrin fəallığının artmasını “müqayisəyəgəlməz” adlandıran ABŞ prezidentinin daxili təhlükəsizlik üzrə müşaviri Con Brennan bu sənədin qəbulunu vacib olduğunu qeyd edib.
Yeni strategiya Amerika qanunlarının effektiv icra edilməsinə kömək edəcək və dünya üzrə cinayətkar şəbəkənin maliyyə gücünü zəiflədə biləcək.

X. SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı