Modern.az

Azercell-dən Dövlətcellilərə saatlarla pulsuz danışıq imkanı

Azercell-dən Dövlətcellilərə saatlarla pulsuz danışıq imkanı

26 İyul 2011, 12:27

Azercell Dövlətcell tarif paketi istifadəçiləri üçün yeni kampaniya elan edib. Bu gündən etibarən Dövlətcell istifadəçisi Azercelldən pulsuz dəqiqələr alacaq.

Yeni kampaniya Dövlətcellilərə 4 saat qədər pulsuz danışıq imkanı yaradır. Belə ki, iyulun 25-dən etibarən fiziki şəxs olaraq “DövlətCell” tarif paketindən istifadə edən bütün  fakturalı xətt nömrələr  danışdıqları məbləğə uyğun olaraq müvafiq həcmdə bonus dəqiqələr alırlar. 5-10 AZN məbləğində danışığa görə 60 dəqiqə, 10-30 AZN danışığa görə 120 dəqiqə, 30-50 AZN-lik danışıq üçün 180 dəqiqə, 50 AZN və daha artıq danışığa görə  240 dəqiqə pulsuz danışıq vaxtı hədiyyə olunur.

Kampaniya 25 iyul-25 oktyabr 2011-ci il tarixlərində keçirilir. Kampaniya müddətində fiziki şəxs olan Dövlətcell abonentləri  həmçinin pulsuz “İzahcell” xidməti almış olurlar. Belə ki, kampaniyanın davam etdiyi 3 ay ərzində hər faktura dövrü ərzində  1 çap edilmiş (və ya e-mail ünvanına göndərilən) “İzahcell” xidməti pulsuzdur.

Qeyd edək ki, kampaniya müddətində verilən bonus dəqiqələr  növbəti faktura dövrü üçün təqdim olunur və bu dəqiqələr şəbəkədaxili zənglər üçün istifadə edilə bilər. Bonusun istifadə müddəti 1 faktura dövrü qəbul olunur.

Xatırladaq ki, Dövlətcell tarif paketi dövlət işində çalışan insanlara əlverişli qiymətə danışmaq imkanı verən tarif paketidir. Dövlətcellilər bir-biriləri ilə 1 dəqiqə üçün 2 qəpik tarifi ilə danışırlar. Tarif paketinə qoşulmaq üçün abonentin təmsil etdiyi təşkilatın xidməti vəsiqəsi və ya iş yerindən arayış təqdim etməsi kifayətdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı