Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Qazax Rayon Polis Şöbəsinin Daşsalahlı Polis Bölməsinin təhqiqatçısı işləmiş polis mayoru Mirzəyev Rafael Kamandar oğlundan və onunla birlikdə olan Astara rayonunun Sərək kənd sakini Abdullayev Vahid İzzət oğlundan 4 kiloqram 125 qram həşiş qətranı götürülüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, toplanmış materiallar aidiyyatı üzrə istintaq aparılması üçün prokurorluq orqanına göndərilib.
Modern.az