Modern.az

Polşa prezidenti İçərişəhərdə təndir çörəyinə qonaq edilib (FOTO)

Polşa prezidenti İçərişəhərdə təndir çörəyinə qonaq edilib (FOTO)

26 İyul 2011, 13:49


Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Bronislav Komorovski iyulun 26-da İçəriş.əhərdə olub. Ali qonağı  qarşılayan “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov  İdarənin fəaliyyəti barədə və Polşa memarlarının Bakının memarlığında qoyduqları iz haqqında informasiya verib.

Qonağın Bakının qədim hissəsi ilə tanışlığı Əliağa Vahid bağında qəzəlxan barədə məlumat verilməsi ilə başlanılıb, “Şirvanşahlar Sarayı Kompleksi”nə daxil olan binaların hər birinin təyinatı və memarlıq xüsusiyyətləri barədə məlumat verilməsi ilə davam edib.

Kiçik Qala küçəsində Komorovski Azərbaycan milli mətbəxinin ləziz nümunəsi olan təndir çörəyinin dadına baxıb.

Prezident Bronislav Komorovskiyə YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş  Bakının simvolu Qız Qalası abidəsinin qeyri adi memarlıq özəllikləri barədə dolğun məlumat verilib və qonaq yaxınlıqdakı Sıratağlı dini memarlıq kompleksinin ərazisindəki ekpozisiya ilə tanış olub.

Asəf Zeynallı küçəsində yerləşən ХV əsrdə tikilmiş və Şirvаnşаh I Хəlilullаh tərəfindən Bаkı sаkini Qаsım bəyə və оnun vаrislərinin istifаdəsinə vеrilmiş İkimərtəbəli Karvansara barədə məlumatlandırılıb. Qeyd edilib ki, qədim Şərq həyatının ən mühüm atributlarından olan karvansara bu gün təyinatı üzrə istifadə olunmasa da, qədim tariximizin bir parçası kimi buraya gələn qonaqlarda maraq doğurur. Eyni zamanda burada həyata keçirilən bərpa işləri barədə informasiya verilib.

Prezidenti İçəri Şəhərin məscidlərindən biri olan 1169-cu ildə ustаd Nəcəf Аşur İbrаhim оğlu tərəfindən inşа еdilmiş Aşur məscidi və yaxınlıqdakı Cümə məscidi ilə tanış olub.

Sonda  B.Komorovski ötən il bərpa olunmuş “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olmuş və İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında ürək sözlərini qeyd edib.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı