Modern.az

Ermənilər ordumuzun mövqelərini 5 istiqamətdən atəşə tutublar

Ermənilər ordumuzun mövqelərini 5 istiqamətdən atəşə tutublar

27 İyul 2011, 09:38

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 26-da saat 10.40-dan 10.45-dək, 20.00-dan 20.10-dək və 21.30-dan 21.40-dək Ermənistan Respublikasının Berd rayonunun Ayqezor və Mosesqerx kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimizi;
- saat 10.45-dən 10.50-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 14.40-dan 15.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 14.30-dan 14.40-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 14.40-dan 14.50-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı