Modern.az

Türkiyə XİN-i Sərkisyanı şiddətlə qınayır

Türkiyə XİN-i Sərkisyanı şiddətlə qınayır

27 İyul 2011, 10:32

Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyənin şərqindəki Ağrı dağına ərazi iddiası ilə çıxış etməsi Türkiyənin rəsmi dairələrində şiddətli etirazla qarşılanıb. İki gün öncə Ermənistanda keçirilən erməni dili və ədəbiyyatı müsabiqəsində şagirdlərdən birinin “Qərb torpaqlarımızı Ağrı dağıyla birlikdə geri ala biləcəyikmi” sualına Sərkisyanın gələcək erməni nəslinə işarə ilə “Qarabağı biz aldıq, Ağrını da siz alın!” deməsinə Türkiyə Xarici İşlər Nazirliyi cavab verib.
Modern.az bildirir ki, Türkiyə XİN-in rəsmi saytında Ermənistan prezidentinin hərəkəti məsuliyyətsizlik kimi qiymətləndirilib.
Türkiyə XİN-i “Serj Sərkisyanın verdiyi cavabı şiddətlə qınayırıq”-deyə bəyan edib.

Nazirlik bildirib ki, öz ictimaiyyətini, xüsusilə gəncləri sülh, əminamanlıq və rifah dolu gələcək üçün hazırlamaq dövlət adamlarının əsas vəzifələrindən olmalıdır. Bunun əksinə bir rəftarla xalqlar arasında ədavət və nifrət ideologiyasını təhrik edəcək şəkildə gənclərə və gələcək nəsillərə yol göstərmək məsuliyyətsiz bir hərəkətdir.

"Regionda sülhü təsis etməyə istiqamətlənmiş axtarışların sürətləndiyi bir vaxtda Sarkisyanın məsuliyyətsizliklə istifadə etdiyi sözlər sülh üçün səy göstərməyə niyyəti olmadığını göstərir.

Regionda sülh, əminamanlıq və sabitliyin hakim olunması üçün səy göstərən hər kəsin Sarkisyanın təəssüflə qarşıladığımız sözlərindən lazımi nəticəni çıxaracağına inanırıq”-deyə Türkiyə XİN-i bəyan edib.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı