Modern.az

Allahşükür Paşazadəyə qarşı çıxan Gürcüstan Müsəlmanları İdarəsi hələ status almayıb

Allahşükür Paşazadəyə qarşı çıxan Gürcüstan Müsəlmanları İdarəsi hələ status almayıb

27 İyul 2011, 11:21

Gürcüstan Müsəlmanları İdarəsi hüquqi şəxs kimi qeydə alınmaq üçün reyster xidmətinə hələ müraciət etməyib. Modern.az  “Qruziya Online” portalına istinadən bildirir ki, bu barədə Tiflisin reyster xidmətinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki,  Müsəlman icmasından başqa digər dini icmalar da belə bir müraciətlə çıxış etməyiblər.

Qeyd edək ki, Gürcüstan Vətəndaş kodeksinə edilən dəyişikliyə görə, bu ölkədə mövcud olan dini icmalara status verilib və onlar hüquqi şəxs kimi qeydiyyatdan keçə bilərlər. Buna qədər isə Gürcüstnada yaradılmış Müsəlmanlar İdarəsi Qafqaz Müsəlmanlar İdarəsinə tabe olmaqdan imtina edərək müstəqil qurum olduğunu bəyan edib. Bu isə Bakının ciddi etirazına səbəb olub.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı