Modern.az

İqtisadi İnkişaf Naziriliyi jurnalistlər üçün müsabiqə elan etdi

İqtisadi İnkişaf Naziriliyi jurnalistlər üçün müsabiqə elan etdi

27 İyul 2011, 12:02

İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı KİV nümayəndələri arasında "Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər" mövzusunda müsabiqə elan edib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə müsabiqədə iştirak etmək istəyənlər aşçğıdakı şərtlərə riayət etməlidirlər.

- Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin əməkdaşları tək və ya müştərək halda iştirak edə bilərlər;
- Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, video süjet isə 3 dəqiqədən az olmamalıdır;
- Məqalə Azərbaycan və ya rus dillərində, televiziya süjeti isə Azərbaycan dilində təqdim edilməlidir;
- Məqalə Azərbaycanda dərc olunan rəsmi nəşrlərin birində çap olunmalıdır;
- Məqalənin sonunda və ya video süjetdə "İqtisadi İnkişaf Nazirliyi tərəfindən "Milli iqtisadiyyatımız: uğurlar və perspektivlər" mövzusunda KİV nümayəndələri arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir" sözləri qeyd olunmalıdır.
- Məqalənin çap olunduğu qəzet və ya jurnalın bir nüsxəsi, elektron KİV-də yerləşdirilmiş yazının saytdan çıxarılmış versiyası, video süjetlər isə DVD-də olmaqla KİV nümayəndələrinin vəsiqəsinin surəti ilə birlikdə 1 sentyabr 2011-ci il tarixinədək İqtisadi İnkişaf Nazirliyinə (Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov  küç., 40 (Hökumət evi), 10-cu mərtəbə, 1004-cu otaq), yazıların elektron forması isə [email protected] ünvanına təqdim edilməlidir.

Müsabiqəyə təqdim olunan məqalələr və video süjetlər İqtisadi İnkişaf Nazirliyində yaradılan Komissiya tərəfindən 1 oktyabr 2011-ci il tarixinədək qiymətləndiriləcək və müsabiqənin qalibləri müəyyən ediləcək.

Müsabiqədə iştirak məqsədilə hazırlanan məqalələr və video süjetlər Nazirliyin www.economy.gov.az internet saytında yerləşdiriləcək.

Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaq:

Birinci yer - 1 nəfər - 500 (beş yüz) manat
İkinci yer - 2 nəfər - hər biri üçün 400 (dörd yüz) manat
Üçüncü yer - 3 nəfər - hər biri üçün 300 (üç yüz) manat
Həvəsləndirici mükafat - 4 nəfər - hər biri üçün 150 (yüz əlli) manat.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı