Modern.az

Ərdoğan hava limanında açıqlama verdi: “Bakı ilə enerji layihələri barədə danışacağıq”

Ərdoğan hava limanında açıqlama verdi: “Bakı ilə enerji layihələri barədə danışacağıq”

27 İyul 2011, 13:25

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan gəlir. Səfər öncəsi Ərdoğan Türkiyədə hava limanında media nümayəndələrinə açıqlama verib. Modern.az türk mətbuatına istinadən bildirir ki, baş nazir səfər çərçivəsində ikitərəfli, təkbətək və heyətlərarası görüşlərin olacağını deyib. Ərdoğan Türkiyə və Azərbaycan arasındakı əlaqələrin inkişafına çalışacaqlarını deyib.  

“12 iyun seçkilərindən sonra, Şimali Kipr Türk Respublikasının ardınca bu, bizim xaricə ikinci səfərimiz olacaq. Ziyarətimiz iki xalqın da qardaşlıq əlaqələrini göstərir. Regional hadisələr haqqında fikir mübadiləsini apamaq imkanı verir”-deyə baş nazir qeyd edib.

Ərdoğan həmçinin qeyd edib ki, səfər zamanı iki ölkə arasında enerji layıhələri, o cümlədən NABUKKO layihəsi ətrafında müzakirə aparılacaq.
“Avropanın gözlədiyi 10 milyard kub metr təbii qazdır. Bunun həyata keçməsi üçün biz də aramızda görüşür və yol xəritəsi çərçivəsində aparırıq. Bu layihələrlə nəinki Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri gücləndiririk, eyni zamanda Qafqaz regionunda təmin edilməyə çalışılan sabitliyə də bu mövzuda kömək edirik. Rifah və inkişaf mühitinin təsisi bunun təməlini təşkil edir. Cənub Qafqazda barış üçün işləyəcəyik”.

Qeyd edək ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu gün Azərbaycana səfəri gözlənilir. Rəsmi şəkildə izah olunmamış səbəblərdən bir neçə dəfə təxirə salınan səfərin nəhayət baş tutması ilk ölkə arasında bir qədər əvvəl müşahidə olunan bəzi problemlərin aradan qalxdığından xəbər verir. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı